Bakıda Kəklikotu bitkisi 100 MANATA SATILIR - Fotolar



 11:14 15.05.2024     602

Bakıda satılan Kəklikotu bitkisinin qiyməti alıcıların təəccübünə səbəb olub.

Demedia.az saytına daxil olan məlumata əsasən, Bakının Yasamal rayonunda yerləşən mağazaların birində Kəklikotu bitkisinin kiloqramı alıcılara 100 manata təklif olunur.

Məhsulun qiymətinin baha olmasına səbəb kimi onun Ordubaddan gətirildiyi və daha keyfiyyətli olduğu bildirilir.

Sözügedən məhsulun fotolarını təqdim edirik.

Xəyalə Məmmədova / Demedia.az

1

1

1