Göbələyin doğru müalicəsi belə aparılır - Video



 11:30 15.05.2024     431

Vaginal infeksiyalar qadınlar arasında olduqca yayılmış olan vaginit adlanan sağlamlıq problemləridir.

Bakteriya və ya göbələklərdən qaynaqlanan bu infeksiyalar, hər qadının həyatında ən az bir dəfə rastlaşdığı ginekoloji xəstəliklər arasındadır. Hər yaşda olan insanlarda görülməklə yanaşı, reproduktiv yaşda olan qadınlarda daha tez-tez müşahidə olunan bu infeksiyalar bəzi hallarda təkrarlanır və vaxtında müalicə edilməməsi səbəbindən yuxarı cinsiyyət orqanlarına təsir edərək daha ciddi problemlər yarada bilər. Bu səbəblə, vaginal göbələk simptomları ilə qarşılaşan insanların mütləq səhiyyə müəssisələrinə müraciət etməli və müayinədən keçmələri lazım olduğunu bilmək lazımdır. Vaginal Göbələk Nədir? Vaginal göbələk, vajina və vulvanın göbələklərdən qaynaqlanan infeksiyasıdır. Adətən candida (Candida Albicans) adlanan göbələk növündən qaynaqlanan bu infeksiya cinsi əlaqədə olmayan qadınlarda da çox yayılmışdır. Vaginal göbələk infeksiyası ilə qarşılaşan 10 qadından 9-da infeksiyaya səbəb olan mikroorqanizm Candida Albicansdır. Normal şəraitdə sağlam şəxslərin vaginada və vulva florasında digər bakteriyalarla tarazlıqda davam edən göbələklər hər hansı bir səbəblə bu tarazlığın pozulmasına görə çoxalır və infeksiyaya səbəb olur. Vaginal göbələklər niyə olur sualına cavab vermək lazım olarsa bunun ən çox yayılmış səbəbləri uyğun olmayan alt paltarının istifadəsi, sıx paltar seçimi, vaginanın və vulvanın kimyəvi tərkibli təmizləyicilərlə təmizlənməsi və antibiotiklərin istifadəsini demək olar.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında Mama-Ginekoloq Vüsalə Əzizova ilə olan müsahibəni sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az