Məşhur ailədə şok qalmaqal - Nələr baş verir?



 19:00 15.05.2024     637

Hazırda amerikalı müğənni Mayli Sayrusun ailəsində maraqlı hadisələr yaşanır.

Demedia.az xəbər verir ki, Tiş Sayrus və Billi Rey Sayrus boşananda hamı tərəf seçir və demək olar ki, heç kim bir-biri ilə danışmır.

Noah Cyrus bir müddət əvvəl məşhur ailədə gündəm olub.

Mayli Sayrusun anası və atası məşhurlaşdıqdan sonra bütün övladlarını da məşhurlaşdırıblar. 1992-ci ildə ailə quran cütlük 2022-ci ildə boşanıb.

Billy Rey Cyrus keçən il Firerose ilə, Tiş Cyrus isə Dominic Purcell ilə evlənib. Miley Cyrus və bacısı da müğənni olan Noah Cyrus anasının və atasının toylarına qatılmayaraq reaksiyalarını göstəriblər.

Atası ilə soyuq küləklər əsdiyi bilinən məşhur müğənni və aktrisa Mayli Sayrus ilk “Qremmi”sini qazandıqdan sonra Billi Reyin toyuna qatılmayıb və onun adını çəkməyib, ona təşəkkür etməyib. Buna baxmayaraq, anası Tişin evliliyinə razılıq verən Mayli onların toyuna gedib və fəxri qulluqçu olub. Boşanma prosesində atasının tərəfini tutan Noah Cyrus anasının toyunda iştirak etməyib.

Aysun / Demedia.az