Ustad aktyor 79 yaşında ata olmuşdu: "Məni qeyd-şərtsiz sevən yeganə insan qızımdır"



 21:03 15.05.2024     886

Oskar mükafatlı aktyor Robert De Niro keçən may ayında yeddinci dəfə ata olduğunu açıqlamışdı.

Demedia.az xəbər verir ki, ulduz aktyor övladının anası Tiffany Chen (45) ilə Tribeca Film Festivalına qatılıb və ilk dəfə bir tədbirdə görüntülənib.

Aktyor daha əvvəl “Özümü əla hiss edirəm” deyərək 79 yaşında ata olmağın necə hiss olduğundan danışmışdı. Digər övladlarını kiçik qızı ilə tanış edən məşhur ad qızı haqqında sevgi dolu sözlərlə danışıb:

"79 yaşında ata oldum, çox gözəl hissdir. Ona baxanda narahat etdiyim hər şey uçub gedir. Böyüdükcə necə olacaq bilmirəm, amma hər şeyi düşünür, müşahidə edir, izləyir. Bu inanılmaz bir şeydir. Mən 79 yaşımda ata oldum, bundan həzz almaq üçün ətrafımda olmaq istəyirəm. Ona baxanda narahat etdiyim hər şey uçub gedir. Böyüdükcə necə olacaq bilmirəm, amma hər şeyi düşünür, müşahidə edir, izləyir. Bu inanılmaz bir şeydir. Bundan həzz almaq üçün mümkün qədər uzun müddət ətrafında olmaq istəyirəm. Məni sevən yeganə insan Giadır. heç bir şərt, heç bir tənqid yoxdur".

Aysun / Demedia.az