“Qohumlarım bura girə bilməz” - Sahibkardan şok elan
Türkiyədə müəssisə sahibi inanılmaz hərəkəti ilə gündəmə gəlib.
Demedia.az xəbər verir ki, Adanada bir şəxs qohumları tərəfindən pis duruma salındıqdan sonra iş yerində “Qohumlarımız girə bilməz”, “Qohumlarım otura bilməz” yazılı lövhələr asıb.
Müəssisə sahibi bunu belə əsaslandırıb: "Qohumlarım olmayanda hər şeyin sahibi oldum. Qohumlarım iş yerindən daim polisə şikayət edərək, bizneslə məşğul olmağıma mane olublar".
Qohumları ilə daim problem yaşayan Ataban sonda onlarla görüşməyi dayandırıb. Bundan başqa, Ataban iş yerinin girişində “Qohumlarım içəri girə bilməz”, “Qohumlarım otura bilməz” yazılı lövhələr asıb. Bunu görənlər foto çəkdirərək sosial şəbəkələrdə və ailə qruplarında paylaşmağa başlayıblar.
Aysun / Demedia.az