Milanda daşqın baş verdi
İtaliyanın şimalındakı Milan şəhərində yağan güclü yağışlar nəticəsində şəhərin bəzi yerlərində daşqınlar baş verib, bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Demedia.az xbər verir ki, şəhərin yaxınlığından keçən Lambro axınının həddindən artıq yağıntı səbəbindən daşmasından sonra şəhərin şərqindəki bəzi bölgələrdə daşqınlar baş verib. Su basan küçə və prospektlər nəqliyyatın hərəkətinə bağlanıb. Sərərçəkmiş şəhər sakinlərinə qayıqlarla kömək edilib və su basmış ərazilərdə təxliyyə əməliyyatları aparılıb.
Bahadur Seyidov