ABŞ Ukraynaya daha 2 milyard dollar yardım edəcək
ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Ukrayna üçün 2 milyard dollarlıq orta və uzunmüddətli xarici hərbi maliyyələşdirmə paketini qəbul etdiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, Ukraynaya səfər edən Blinken Kiyevə verilən dəstək barədə açıqlamalar verib. Blinken ABŞ-ın Ukraynaya 2 milyard dollar əlavə xarici hərbi maliyyə ayıracağını bildirib. İki ölkənin təhlükəsizlik razılaşması üzərində işləməyə davam etdiyini açıqlayan Blinken, bu razılaşmanın çox qısa müddətdə tamamlana biləcəyinin vurğuladı.
Bahadur Seyidov