Rusiya Baş Qərargahının rəhbərliyində heç bir dəyişiklik olmayacaq - Putin
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Baş Qərargahının rəhbərliyində heç bir dəyişiklik olmayacaq.
Demedia.az xəbər verir ki, Putin paytaxt Moskvada təhlükəsizlik və ordu rəsmiləri, o cümlədən Rusiyanın yeni təyin olunmuş müdafiə naziri Andrey Belousov və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüş keçirib. İclasdakı çıxışında Putin Belousovun müdafiə naziri təyin edilməsinə toxunaraq, "Bunun hərbi elementlərə ayrılan xərclərin artması ilə əhəmiyyətli əlaqəsi var" deyə bildirib.
Putin bəyan edib ki, Belousov müdafiə və təhlükəsizlik bloku ilə Rusiyanın ümumi iqtisadiyyatı arasında harmoniyanı necə təmin etmək Barədə anlayışa malikdir.
Bahadur Seyidov