Sinqapurun baş naziri postundan getdi



 21:06 15.05.2024     301

Cənub-Şərqi Asiya ölkəsi Sinqapurda baş nazir Li Hsien Loongun 20 illik səlahiyyət müddəti başa çatıb.

Demedia.az xəbər verir ki, Li 2004-cü ildən bəri çalışdığı baş nazir postunu öz partiyasından olan baş nazirin müavini və maliyyə naziri Lourens Vonqa təhvil verəcək. Sinqapurun qurucu lideri və ilk baş nazir Li Kuan Yu-nun oğlu olan Li inkişaf etmiş və sabit iqtisadiyyatı ilə Cənub-Şərqi Asiyanın ən mühüm ticarət və maliyyə mərkəzlərindən biri olan ölkəsinin uğur hekayəsini yeni əsrə daşıyan lider olub.

Bahadur Seyidov