Küveytdə hökumət and içib



 10:01 16.05.2024     276

Küveytdə Əhməd Abdulla əl-Əhməd əs-Sabahın rəhbərlik etdiyi yeni hökumət and içib.

Demedia.az xəbər verir ki, baş nazir Əhməd Abdulla əl-Əhməd əl-Sabah və 13 nazirdən ibarət yeni hökumət Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə and içib. Küveyt əmiri Sabah andiçmə mərasimindəki çıxışında ədalət, şəffaflıq və dürüstlük prinsiplərini gücləndirmək üçün əvvəllər razılaşdırılmış islahatları davam etdirəcəklərini bildirib. Vəzifələrinə etinasız yanaşanları məsuliyyətə cəlb edəcəklərini qeyd edən Sabah hökumətdən strateji inkişaf layihələrinin icrasının sürətləndirilməsini, fəaliyyət planı və təqvim əsasında prioritetlərin müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və onlarla əməkdaşlıq çərçivələrinin inkişaf etdirilməsini istəyib.

Bahadur Seyidov