İsrail BMT-nin Fələstinlə bağlı qərarını rədd etdi
İsrail hökuməti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Fələstinin BMT-yə üzvlüyünün yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqların verilməsini tələb edən qərarı rədd edib.
Demedia.az xəbər verir ki, İsrailin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, Baş nazir Binyamin Netanyahunun Fələstinlə bağlı BMT Baş Assambleyasında qəbul edilən qətnamənin rədd edilməsi təklifi İsrail hökumətinin səsverməsinə çıxarılıb. İsrail hökuməti Netanyahunun təklifini yekdilliklə qəbul edib. Netanyahunun Fələstin dövlətinin qurulmasına icazə verməyəcəklərini vurğuladığı bildirilib.
Bahadur Seyidov