ABŞ Çinə qarşı sanksiyalara davam edəcək
ABŞ Rusiyanın müdafiə sənayesini dəstəklədiyinə görə Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib.
“Biz artıq bu cür dəstəkdə iştirak edən müəssisələrə qarşı 100-dən çox sanksiya tətbiq etmişik. Lazım gələrsə, sanksiyalar tətbiq etməyə davam edəcəyik”, - amerikalı diplomat bildirib.
Qeyd edək ki, aprelin əvvəlində ABŞ-ın maliyyə naziri Janet Yellen Pekinə səfəri zamanı Çin banklarına anti-Rusiya sanksiyalarını pozmamaq barədə xəbərdarlıq etmişdi.
Bahadur Seyidov