Universitetdə "süni intellekt müəllimi" dövrü: Eynşteyn dərs deyəcək
Honq Konq Elm və Texnologiya Universiteti virtual reallıq eynəkləri və süni intellektlə dəstəklənən proqramlarla yeni təhsil modelini sınayır.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, layihənin rəhbəri olan akademik Pan Hui kursunda iştirak edən 30 magistr tələbəsinə süni intellektlə dəstəklənən proqramlar vasitəsilə dərs deyir.
Hui dərs üçün hazırladığı slaydları və mətnləri xüsusi proqrama yüklədiyini və onun vasitəsilə yaradılmış avatar sayəsində dərsi keçdiyini bildirib.
Akademik həmçinin məşhur fizik Albert Eynşteyn və iqtisadçı Con Neş kimi şəxsiyyətlərin avatarlarını sınaqdan keçirdiklərini bildirib.
Bahadur Seyidov