Fatih Terim: "Mövsümün sonunda hər şeyi açıqlayacam"



 11:00 16.05.2024     161

Yunanıstan Superliqasında PAOK-a səfərdə 4:1 hesabı ilə uduzan və çempionluq şansı olmayan "Panatinaikos"un baş məşqçisi Fatih Terim matçdan sonra diqqəti çəkən açıqlamalar verib.

Demedia.az xəbər verir ki, PAOK-u təbrik edən Fatih Terim belə deyib:

"Uduzduq. Bu cür baxmalıyıq. PAOK-u təbrik edirəm. Matça gəlincə, sonda bəzi şeyləri müzakirə etməliyik. "Olimpiakos"la matçımız var və biz bunları düşünməliyik. Bəzi işləri düzgün etdik, amma təəssüf ki, fərdi səhvlər etməyə davam edirik. Bu mövsümün sonunda Panathinaikos azarkeşlərinə çox şeyi izah etməliyəm”.

Aysun / Demedia.az