İsrail döyüş təyyarələri mülki əhalinin toplaşdığı əraziyə bomba atdı



 14:40 16.05.2024     229

İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şimalında dinc əhalinin toplaşdığı ərazini hədəf alması nəticəsində çoxlu sayda fələstinli ölüb və yaralanıb.

Demedia.az xəbər verir ki, hadisə şahidlərindən alınan məlumata görə, İsrail döyüş təyyarələri Cela küçəsində mülki əhalinin toplaşdığı ərazini bombalayıb.

İlkin məlumatlara görə, hücumda çoxlu fələstinli həyatını itirib və yaralanıb. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən və yaralananlar mülki müdafiə və tibb qrupları tərəfindən Qəzzanın Əl-Əhli xəstəxanasına çatdırılıb. Aralarında qadınların da olduğu 35 min 173 fələstinli öldürülüb, 79 min 61 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bahadur Seyidov