“Yanlış namizədə görə uduzduq” - Ərdoğan
Martın 31-də keçirilən Yerli Seçkilərdən sonra prezident Ərdoğanın rəhbərliyi ilə AK Partiyanın ilk il liderləri toplantısı keçirilib.
Demedia.az xəbər verir ki, seçkilərin nəticələrinin müzakirə olunduğu tənqidi iclasda özünütənqid və daxili uçot aparılıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın iclasda bəzi əyalət başçılarına “işləmirsiniz” dediyi, Yozqat və Şanlıurfanın itirilməsinin səbəbinin “yanlış namizəd” olduğu bildirilib.
31 Mart Yerli Seçkilərdə istədiyi uğuru əldə edə bilməyən və Türkiyədə ikinci partiya mövqeyinə düşən AK Partiya üçün seçki nəticələrinin qiymətləndirilməsi davam edir. “Türkiyə” qəzetində yer alan xəbərə görə, Ərdoğan, il başçıları toplantısında Çorum və Əskişəhər əyalət başçılarına xəbərdarlıq edib:
“Ən böyük sürətli qatar sərmayəsini biz etdik. İstanbulda, Ankarada və Eskişehirdə bu işlər yalnız sərmayə ilə edilir. Yanlış namizədə görə uduzduq".
Bahadur Seyidov