"Qalatasaray" - "Fənərbaxça" derbisini o idarə edəcək
Trendyol Super Liqasının 37-ci həftəsində həyəcan olacaq. Türkiyə Futbol Federasiyası həftənin qarşılaşmalarında iştirak edəcək hakimləri müəyyən edib.
Demedia.az xəbər verir ki, mayın 19-da Rams Parkda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçını baş hakim Arda Kardeşlər idarə edəcək.
Liqanın ilk yarısı 0:0 hesabı ilə bitən Fənərbaxça-Qalatasaray derbisində də Arda Kardeşlər fit çalıb. TFF-dən verilən açıqlamada, "Trendyol Super Liqasının 37-ci həftə yarışlarında çalışacaq hakimlər və köməkçilər Rəqəmsal Təyinat Metodu ilə müəyyənləşib. Qalatasaray A.Ş.-Fənərbaxça A.Ş.-nin hakim və köməkçiləri müəyyənləşib. 19.05.2024 Bazar günü oynanılacaq yarışma əllə təyin olundu."
TFF-dən verilən məlumata görə, bu həftə keçiriləcək Qalatasaray-Fənərbaxça derbisi 19 May Bazar günü saat 19.00-da oynanılacaq.
Aysun / Demedia.az