Hizbullah İsrailin casus şarlarını vurdu



 18:00 16.05.2024     308

Hizbullah bu səhər İsrailin işğalı altındakı Suriya ərazisi olan Qolan Təpələrinə 60 Katyuşa raketi atdığını və 3 hərbi bazanı hədəfə aldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Livanın ən ciddi hərbi qüvvəsi Hizbullah bəyan edib ki, raket yağışı İsrail təyyarələrinin Bekaa vadisini bombalamasına cavabdır.

İsrail ordusu bu gün səhər saatlarında Hizbullah tərəfindən atılan 40 raketin sərhədi keçdiyi barədə məlumat paylaşıb. Suriya, İsrail və Livanın kəsişməsində yerləşən Qolan təpələri on illərdir ki, İsrailin işğalı altındadır. Livan mediası İsrailin sərhəddə Ayta əş-Şaaba hücum etdiyini yazıb.

İsrailin Livanın cənubundakı Sur bölgəsində gəzdiyi avtomobildə Hizbullahın önəmli simalarından olan Hüseyn Məkkini raketlə vurması oktyabrın 8-dən bəri davam edən sərhəd münaqişəsində yeni səhifə açıb. İranın Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan Hizbullah İsrailə çox ağır hücumla cavab verdi. Çərşənbə günü Livan-İsrail sərhədinin 35 kilometrliyində yerləşən aviabaza kamikadze silahlı pilotsuz uçan aparatla vurulub.

Aysun / Demedia.az