10 dəqiqəyə min dollar qazanır... - Virtual sevgili tapdı



 19:00 16.05.2024     766

Stomatologiyadan ayrılaraq varlanan və həyat yoldaşı ilə dünyanı gəzən qadının həyat hekayəsini danışması və qalmaqallı detallar dünya mediasında rezonans doğurub.

Demedia.az xəbər verir ki, Avstraliyanın Kvinslend şəhərində diş həkimi işləyən Şarna Bekman bir müddət əvvəl karyerasında dəyişiklik edib və həyatı qəfil dəyişib.

Təvazökar bir orta təbəqə həyatı yaşayan Bekman indi qazandığı yüz minlərlə dollarla dünyanı gəzir və bu səyahətlərdən pul qazanmağa davam edir. Bir neçə il əvvəl ailə quran və İnstaqramda on minlərlə izləyicisi olan Bekman virtual sevgililəri sayəsində 10 dəqiqəyə 1000 dollar, yəni təxminən 30 min lirə qazanır.

Ərinin əvvəlcə bu işi rədd etdiyini, sonra isə buna etiraz etmədiyini bildirən Bekki, Riki adlı ərinin də ona dəstək verdiyini bildirib. Riki isə həyat yoldaşının başqa kişilərlə danışmasından əvvəlcə narahat olduğunu ifadə edərək, "Çox mübahisəmiz oldu, mənə güvən verdi və rahatladım, artıq ağlıma gəlmir" dedi. Şarna virtual sevgililəri ilə söhbətlərinin də normal sevgililərindən heç bir fərqi olmadığını bildirərək, bu kişilərlə real həyatda görüşmədiyini bu sözlərlə ifadə edib:

"Həyatda görüşmək istəyəndə sərhədlərimi çəkirəm, bu baş vermir. Onsuz da telefonda çox vaxt keçirirəm, iş qrafikimin çoxluğu səbəbindən bu insanlarla çöldə görüşmək mümkün deyil".

Aysun / Demedia.az