Sosial mediada paylaşdı: Hər kəs bu haqda danışır - VİDEO



 23:48 16.05.2024     565

Türkiyədə maraqlı hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, vətəndaşlar Kocaelinin Başiskele səmtində binanın üzərinə asılan “Lənət Nurettin” yazılı pankartdan danışıb.

Pankartı asan şəxsin zaman-zaman narahatlığa səbəb olduğu iddia edilsə də, hadisənin səbəbi maraq doğurub.

Ötən gün Seymen məhəlləsi Hürriyyət küçəsində yerləşən binanın üzərində asılmış "Allah lənət eləsin Nurettin" yazılan pankart görənləri heyrətə salıb. Sosial şəbəkələrdə paylaşılan həmin görüntülərə minlərlə şərh gəlib. Maraq doğuran pankart bir müddət sonra binadan endirilib. Pankartın asıldığı binanın bir müddətdir boş olduğu və həmin şəxsin binanın yalnız bir hissəsindən istifadə etdiyi öyrənilib.

Aysun / Demedia.az