Blinken Ukraynada bara getdi



 09:42 17.05.2024     270

 ABŞ-nin dövlət katibi Antoni Blinken Kiyevə sonuncu səfəri zaman barlardan birində çıxış edib.

Demedia.az xəbər verir ki, o, Ukraynanın 19.99 qrupu ilə Neil Yanqın “Rockin in the Free World” mahnısını ifa edib.

O, çıxışı  zamanı deyib: "Amerika Birləşmiş Ştatları sizinlədir və dünyanın əksər hissəsi sizinlədir. Və onlar təkcə Ukrayna üçün deyil, azad dünya üçün mübarizə aparırlar".

Qeyd edək ki, gitara ifaçılığı ilə tanınan Blinken gözlənilmədən Ukrayna paytaxtına gəlib və burada prezident Vladimir Zelenski ilə görüşüb və döyüş meydanındakı son hadisələri və ABŞ-ın yeni yardımını müzakirə edib. Bu, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmisinin ABŞ-nin əlavə maliyyələşdirməsinin gecikməsindən sonra ilk səfəridir.

Bahadur Seyidov