Ukraynalılar Rusiyanın Xarkova hücumuna hazır deyildi



 11:45 17.05.2024     281

Qərb kəşfiyyatı Ukraynaya Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində mümkün hücumu barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki,  bu barədə “The Guardian” yazıb.

Nəşr qeyd edib ki, lakin Ukrayna Silahlı Qüvvələri hazır deyildi. Nəşrin mənbəsinin sözlərinə görə, Britaniya hərbi kəşfiyyatı Kiyevə xəbərdarlıq etdiyi üçün Rusiya ordusunun hücumunun tez dəf ediləcəyi gözlənilirdi.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandiri etiraf edib ki, rus qoşunları bütün sərhəd xətti boyunca ərazidəki boz zonaya sərbəst daxil olub, mina və ya qoruyucu strukturlar olmayıb.

Bahadur Seyidov