"Qalatasaray" İlkay Gündoğan üçün hərəkətə keçdi



 13:00 17.05.2024     224

Superliqanın lideri, ən yaxın izləyicisi “Fənərbaxça”nı 6 xal qabaqlayan və çempionluq ərəfəsində olan “Qalatasaray”da da Superliqanın son 2 həftəsində transfer aktivliyi var.

Demedia.az xəbər verir ki,"Mas Que Pelotas"ın İspaniya nəhəngi "Barselona"ya yaxın mənbələrdən verdiyi məlumata görə, "Qalatasaray" İlkay Gündoğanı heyətinə qatmaq üçün artıq cəhdlərə başlayıb.

Sarı-qırmızılılar futbolçu ilə ilk təmasda olub. İngiltərə nəhəngi "Mançester Siti"dən ayrılaraq "Barselona"ya transfer olan Gündoğan bu mövsüm Kataloniya nəhəngi ilə 49 matçda forma geyinib və 5 qol vurub, 13 məhsuldar ötürmə edib.

Aysun / Demedia.az