Məzarlığa görün nə etdilər: Stadiondan götürüb...



 20:28 17.05.2024     974

Trabzonun Çarşıbaşı mahalının Pınarlı məhəlləsində yerləşən qəbiristanlıq görənləri heyrətə gətirir.

Demedia.az xəbər verir ki, tünd qırmızı və mavi rənglərdə olan tribuna oturacaqları sosial mediada trend mövzusuna çevrilib. Məhəllə muhtarı Trabzonspor başçısından qəbiristanlıqda tribuna kreslosu istəyib.

Trabzondakı qəbiristanlıq Türkiyədə bir ilk ola biləcək xüsusiyyəti ilə diqqət çəkir. Qəbiristanlıqlara gələn vətəndaşların dualarını rahat oxuya bilməsi üçün Pınarlı məhəlləsinin camaatı maraqlı üsuldan istifadə ediblər. Stadionlarda, qapalı idman salonlarında görməyə adət etdiyimiz tribuna oturacaqları qəbiristanlığın yuxarı hissəsinə tökülən betonun üzərinə qoyulub.

Aysun / Demedia.az