GTA 6 nə vaxt çıxacaq?



 22:05 17.05.2024     926

GTA 6 nə vaxt çıxacaq? Ən azından indi "aydın" bir tarix var.

Demedia.az xəbər verir ki, Grand Theft Auto seriyasının altıncı oyunu üçün təxminən bir il yarım gözləməli olacağıq.

Take-Two Interactive-in baş direktoru Strauss Zelnick IGN-ə verdiyi müsahibədə GTA 6-nın gələn ilin sonunda çıxacağını açıqladı. Əvvəllər oyunun 2025-ci ildə çıxacağına dair məlumatımız var idi. İndi Zelnick-in açıqlamaları GTA VI-nı gözləyənlər üçün daha aydın bir zaman çərçivəsi verdi.

“Grand Theft Auto VI-nı 2025-ci ilin payızında çıxaracağımıza əminik” Zelnik deyib.

Təbii ki, bu xəbər oyunun 2025-ci ilin əvvəlində çıxacağını gözləyənlər üçün kədərlidir, lakin 2013-cü ildən bəri gözlədiyimizi nəzərə alsaq, bir neçə ay daha gözləmək böyük problem olmayacaq.

Aysun / Demedia.az