Evdə tapıldı, şok detal sonra ortaya çıxdı - VİDEO
Sakaryanın Karasu rayonunda jandarma qruplarının keçirdiyi əməliyyat nəticəsində icazəsiz evində iki kral pitonu saxlayan şəxsə 25 min lirə cərimə kəsilib.
Demedia.az xəbər verir ki, Yalı rayonunda yaşayan R.K.-nın icazəsiz kral pitonunu bəslədiyi xəbərini alan jandarma qrupları hərəkətə keçib.
Evdə və iş yerində aparılan axtarışlar zamanı R.K.-nın icazəsiz bəslədiyi ilanı bəsləmək üçün istifadə edilən iki kral pitonu və 11 canlı hamster ələ keçirilib. Heyvanlar Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyinə təhvil verilərkən, şəxs heyvanların mühafizəsi qanununu pozma cinayətinə görə 25 min lirə pul cəzasına məhkum edilib.
Aysun / Demedia.az