ABŞ-dan İsrailə silah qadağası ilə bağlı açıqlama



 22:45 17.05.2024     282

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi ABŞ-ın İsrailə yalnız bəzi spesifik bombaların göndərilməsini dayandırıldığını, lakin digər bütün silahları bu ölkəyə göndərməyə davam etdiyini ifadə edib.

Demedia.az xəbər verir ki, Con Kirbi Ağ Evdə keçirilən mətbuat brifinqində Qəzza ilə bağlı açıqlamalar verib. Müəyyən ölçüdə bombaların İsrailə göndərilməsinin dayandırılmasının ABŞ-İsrail münasibətlərinə mənfi təsir göstərmədiyini ifadə edən Kirbi, bu göndərişin müvəqqəti olaraq dayandırıldığını və göndərişlə bağlı araşdırmaların davam etdiyini bildirib. "Biz yalnız 900 funt-sterlinqlik bombaların daşınmasını dayandırdıq, lakin ABŞ-dan İsrailə başqa silah və müdafiə dəstəyi axını davam edir. İsrail müdafiəsiz qalmayıb. İsrail hazırda oxşar hərbi imkanlara və ehtiyatlara malikdir və bundan sonra da olacaq" - Kirbi bildirib.

Bahadur Seyidov