ABŞ Qəzzada qapalı qalan 17 amerikalı həkimi təxliyə edib
Ağ Ev Qəzzada xəstəxanada vəzifəsi başa çatan, lakin bölgəni tərk edə bilməyən 17 amerikalı həkimin bölgədən təxliyə edildiyini, 3 amerikalı həkimin isə hələ də xəstəxanada olduğunu açıqlayıb.
Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi mətbuat brifinqində Qəzzada Avropa Xəstəxanasında qalan və Rəfah sərhədi bağlı olduğu üçün bölgəni tərk edə bilməyən həkimlərlə bağlı açıqlama verib. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatına bağlı missiya ilə Qəzzalı mülki vətəndaşlara kömək etmək üçün bölgəyə gedən 20 həkim Avropa Xəstəxanasında çalışdıqdan sonra geri qayıtmaq istəsələr də İsrail ordusu tərəfindən Rəfah sərhəd qapısı bağlandığı üçün bölgəni tərk edə bilməyiblər.
Bahadur Seyidov