Fransada daşqın zərər vurdu



 22:19 17.05.2024     421

Fransanın şimal-şərqindəki Mozel əyalətində yağan güclü yağış nəticəsində bir çox yaşayış məntəqəsi su altında qalıb.

Demedia.az xəbər verir ki, Fransanın Meteorologiya xidməti, güclü yağışlar səbəbiylə xəbərdarlıq səviyyəsinin yüksək qalacağını bildirdi. Təxminən 177 rayon və qəsəbənin seldən zərər çəkdiyi bildirilərkən, əyalətdə yollar nəqliyyatın hərəkətinə bağlanıb.Xilasedicilər suyun səviyyəsinin qalxması ilə bağlı 500-dən çox çağırışa reaksiya veriblər.

Qəsəbə sakinləri əvvəllər belə bir daşqın görmədiklərini deyiblər.Daxili İşlər Naziri Gerald Darmanin X sosial media hesabında Moselle əhalisini ehtiyatlı olmağa və səlahiyyətlilərin xəbərdarlıqlarına əməl etməyə çağırıb.

Bahadur Seyidov