Qaraciyər Yağlarını Əridən MÖCÜZƏ TOXUM -VİDEO
Qaraciyərin bir çox xəstəliklərində qaraciyər yağlanması görülə bilər. Amma birincili qaraciyər xəstəliyi olmadan qaraciyər yağlanması olursa, bu zaman “qaraciyərin yağlanma xəstəliyi” adlandıra bilirik. Çünki cəmiyyətin üçdə birində harada isə qaraciyərinə baxsaq, yağlı qaraciyər görə bilərik. Bu xəstələr əgər bərabərində şəkərli diabet, ifrat piylənmə kimi xəstəlikləri varsa, qaraciyər yağlanma faizi daha da yüksəlir və onlar ciddi morbidite, yəni daha ağırlaşmalarla və ölümə səbəb olan ağırlaşmalara gətirib çıxardığı üçün erkən mərhələdə diaqnozu və mütəxəssis tərəfindən izlənməsi önəmlidir. Qaraciyər yağlanmasının səbəbləri? Əgər xəstənin piylənməsi – obezite xəstəliyi, şəkərli diabeti varsa, “hiperxolesterolemiya” dediyimiz, yəni, ifrat lipid yükü varsa, bu zaman qaraciyərdə yağlanma əmələ gələ bilir. Yağlanma alkoqolik – spirtli içki qəbul edən insanlarda da olur – “alkolik qaraciyər yağlanması”, qəbul etməyənlərə “non-alkolik qaraciyər yağlanması” olaraq adlandırıldı, amma günümüzdə bu “metabolik xəstəliklərlə əlaqəli qaraciyər yağlanması” olaraq bəzi yerlərdə dəyişdirilmişdir. Metabolik xəstəliklər – saydığım xəstəliklər varsa və ya metabolik xəstəliyə meyilli insanlar varsa, bunlarda qaraciyər xəstəliyi, həm yağlanması əmələ gəlmə faizi yüksəkdir. Ya şəkərli diabetə meyillilik, ya piylənməyə meyillilik varsa, bunlarda qaraciyərdə yağlanma əmələ gəlir. Qaraciyər yağlanmasının irəli mərhələləri Yağlanmanın da öz ayrı mərhələləri var. Qaraciyərdə başlanğıc mərhələdə yağlanma qaraciyərin hüceyrələrinə zərər verməmiş ola bilər. Amma irəli mərhələdə bunu düzəltmirlərsə, yağlanma düzəlmirsə əgər, 5 il sonra, 10 il sonra bunlar qaraciyərin xroniki qaraciyər xəstəliyinə, qaraciyər sirrozuna və qaraciyər xərçənginə çevrilə bilər. Qaraciyər yağlanması diaqnozu necə qoyulur? Xəstələr ya izlədikləri bir xəstəlik – şəkər, təzyiqlə izlədikləri həkimin təyin etdiyi ultrasəs müayinəsi ilə diaqnoz qoyulmuş ola bilər və ona görə yönləndirilə bilər, ya da birbaşa skrinnq zamanı müəyyən oluna bilər. Normal ultrasəs müayinəsində qaraciyər yağlanması aşkar olunur. Amma ən önəmli şey – qaraciyər yağlanması qaraciyərdə sərtləşmə əmələ gətiribmi, fibroz əmələ gətiribmi, xronik qaraciyər xəstəliyinə keçibmi – bunu müəyyən etməkdir. Bunu müəyyən etməyin tək yolu, dəqiq diaqnoz üçün biopsiya lazımdır. Amma biopsiya da çox kiçik bir iynə ilə alındığına görə qaraciyərdə uyğun gələn yerə bağlı olaraq müxtəlif cavablar verə bilər.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.