"Qalatasaray" - "Fənərbaxça" matçının VAR hakimi italiyalı Fabio Mareska olub



 18:00 19.05.2024     292

Superliqanın 37-ci həftəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının VAR hakimi bəlli olub.

Demedia.az  xəbər verir ki, mayın 19-u bazar günü saat 19.00-da başlayacaq qarşılaşmanı Arda Kardeşlər idarə edəcək. Türkiyə Futbol Federasiyası İtaliyalı hakim Fabio Mareskanın VAR otağında növbətçi olacağını açıqlayıb. 43 yaşlı italiyalı referi bu mövsüm "Fənərbağça"nın Konfrans Liqasında "Tvente" ilə matçını idarə edib. Mareskanın idarə etdiyi Hollandiya matçında sarı-göylülər 1:0 hesabı ilə qalib gəlməyi bacarıb. Təcrübəli hakim sonuncu dəfə mayın 15-də oynanılan Atalanta-Yuventus İtaliya kubokunun finalında fit çalıb. Matçda 1:0 hesabı ilə qalib gələn "Yuventus" kuboku öz muzeyinə aparıb.