Həkimlər sizdən bunu gizlədir- Əslində xəstə deyilsiniz - Video
Bir insan kiçik ağrı hiss edir, həmin anda beyninə bunun çox ağır bir xəstəliyin simptomu olduğunu gətirir. Özü öz həyatını cəhənnəmə çevirir.
Belə insanlar özlərinə diaqnoz qoyur, hamıya “xəstəyəm” deyirlər. Yüngülvari ağrıları ağır bir xəstəliyin əlaməti kimi görməyə başlayır. İpoxondriya problemindən əziyyət çəkən insanlar, adətən, özlərini qayğıya möhtac, yazıq, zavallı adam kimi göstərməyə çalışırlar. Çünki özlərini həqqiqətən də elə hiss edirlər. Əslində bunu bilərəkdən etmirlər. İpoxondriyaya meyilli insanlar özlərini xəstə hiss edirlər. Lakin müşahidələr göstərir ki, onların orqanizmi heç bir ciddi xəstəliyin simptomunu daşımır. Xəstəlik xəstələri tez-tez həkimə gedirlər, müayinələrdən keçirlər, analiz verirlər, şübhələndiyi xəstəliklə bağlı uzun-uzadı araşdırmalar aparırlar. Müayinələrdə, analizlərdə hər hansı ciddi problem aşkar edilməsə belə, onlar xəstə olduqlarına inanırlar. Yaş artdıqca, stressli vəziyyətlərdə onlarda bu meyil daha da çoxalır. İnsanın gündəlik həyatına, karyerasına, şəxsi münasibətlərinə mənfi təsir edən ipoxondriyadan qurtulmaq asandır, amma zaman alır. İpoxondriya böhranı nədir? Öz xəstəliyinə inanan insanın dərin depressiyaya düşməsi durumu “ipoxondriya böhranı” adlanır. Böhran keçirən insanlarda bu hallar müşahidə edilir: -ürək döyüntüsünün artması; -ölüm qorxusu; -təngnəfəslik; -tərləmək; -ürəkbulanma; -baş gicəllənməsi;
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az