Hamının evində olan bu bitkinin faydasını 90% insan bilmir - Video
Pul ağacı zənginliyin simvolu hesab olunur. Çünki onun sıx, yuvarlaq yarpaqları pul sikkələrinə bənzəyir. Çiçək dekorativ görünüşü və tələbkar olmaması ilə çox məşhurdur.
Pul ağacının təsviri və növləri Onun əsl adı Latın dilində Crassula ovata kimi səslənir. Tərcümədə “kök” deməkdir. Yarpaqları nəmi su kimi özündə depolayır, beləliklə də, bitki quraqlığa davamlı olur. Pul ağacı sukkulent bitki olub, 300-dən çox oxşar qohumun olduğu Crassulaceae cinsinə aiddir. Pul ağacı uzaq Cənubi Afrikadan gəlir. Yaxşı qulluq ediləndə ildə 10 sm böyüyür, nəticədə, boyu 1,5 metrə qədər çata bilir. Yeri gəlmişkən, bu bitki, çox uzun müddət yaşayır: 100 ilə qədər. Evdə pul ağacı yetişdirmək üçün bir neçə növ uyğun gəlir. 1. Hobbit. Xeyr, bu, məşhur kitabın qəhrəmanı deyil, Crassula ovata cinsinin nümayəndələrindən biridir. Zahirən kiçik, səliqəli bonzaya bənzəyir. Zümrüd rəngli yarpaqları boru şəkillidir və uclarında qırmızı çalarlar var. 8 sm-ə qədər böyüyə bilər. 2. Gollum. Bu Hobbit həmcinsi daha çox uzun, ətli yarpaqları olan kiçik kolluğa bənzəyir. Yayda yarpaqlarının ucları qızarır. Hündürlüyü 50 sm-ə qədər böyüyə bilər. 3. Crosbys kompakt. Qırmızı yarpaqları ilə xoş görünüşə malik, 30 sm-ə qədər boyu olan çiçəkdir. Yaşama müddəti 30-40 ildir.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.