Bu əraziyə meteorit düşüb



 15:48 20.05.2024     281

İspaniya və Portuqaliyada görülən mavi alov topu şəkilli meteor düşüb.

Demedia.az xəbər verir ki, İspaniya və Portuqaliyada görünən meteorit kameralara düşüb.

Ölkələrin müxtəlif yerlərində qeydə alınan görüntülərdə meteoritin sürtünmə nəticəsində mavi alov topuna çevrilərək gecəni işıqlandırdığı anlar insanı heyrətləndirib.

Səlahiyyətlilər tərəfindən hələlik meteoritlə bağlı rəsmi açıqlama verilməsə də, onun hara düşdüyü barədə məlumat paylaşılmayıb.

Bahadur Seyidov