“Cnntürk”ün xəbər şefindən faciəvi hadisə ilə bağlı diqqətçəkən məqam



 12:24 20.05.2024     243

“Cnntürk”ün xəbər şefi İdris Arıkan İran Prezidenti İbrahim Rəisinin həlak olması ilə bağlı maraqlı detala diqqət çəkib.

Demedia.az xəbər verir ki, o bildirib ki, İbrahim Rəisi İsrailə yaxın keçmişdə hücum edən ikinci prezident olub. Birinci prezident isə İraqın keçmiş prezidenti Səddam Hüseyn idi. “Cnntürk”ün xəbər şefi hər iki liderin həlak olmasının detallarına diqqət çəkib. “Səddam Hüseynin başına nələrin gəldiyini hamınız bilirsiniz. İbrahim Rəisi də faciəvi şəkildə həlak öldü” - “Cnntürk”ün xəbər şefi İdris Arıkan deyib.

O, İran prezidentinin helikopterinin qəzaya uğramasını İsraillə əlaqələndirmək istəmədiyini, lakin hadisədə bəzi məqamların suallar yarada biləcəyini ifadə edib.

Bahadur Seyidov