Okan Buruk açıqladı: "Son turda qalib gələcəyik"



 14:28 20.05.2024     228

Dünən axşam Super Liqanın 37-ci həftəsində öz meydanında əzəli rəqibi "Fənərbaxça"ya 1:0 hesabı ilə uduzan və çempionluğu son həftəyə buraxan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk matçdan sonra komandasına mənəvi ruh verib.

Demedia.az xəbər verir ki,  “Posta”da yer alan xəbərə görə, soyunub-geyinmə otağında futbolçularını çox üzgün görən Okan Buruk deyib:

“Başınızı qaldırın, biz bu liqanın çempionuyuq. Meydanda əlinizdən gələni etdiniz. Yaxşı mübarizə apardınız. Əməyinizə görə təşəkkür edirəm. Azarkeşlərimizlə burada çempion olmaq istəyirdik. Bu bizim şansımız deyildi, amma ehtiyac da yoxdu. Konyada qalib gələrək 24-cü liqa qələbəmizi əldə edəcəyik".

Aysun / Demedia.az