"Qalatasaray"a evində ağır zərbə



 15:30 20.05.2024     240

Əzəli rəqibi “Qalatasaray”la çempionluq uğrunda gərgin mübarizə aparan və dünən oynanan derbidə sarı-qırmızılıları məğlub etməyi bacaran sarı-göylülər səfərdə məğlubiyyət almadan liqada yeganə komanda titulunu qoruyub.

Demedia.az xəbər verir ki,  cari mövsümdə 19 səfər matçında 16 qələbə, 3 heç-heçə edən sarı-göylülər son 26 matçda da uduzmayıb.

19 səfər oyununda 51 xal toplayan və səfər hesab cədvəlində ən yaxın izləyicisi “Qalatasaray”ı 6 xal qabaqlayan Kanarya ötən mövsüm iyunun 4-də “Qalatasaray”a səfərdə son məğlubiyyətini məhz bu stadionda alıb.

Fənərbaxça bu müddətdə 20 qələbə və 6 heç-heçə ilə Super Liqada məğlubiyyətsizlik seriyasını 26-ya yüksəldib. Ötən həftə öncə "Qalatasaray"la xal fərqini 3-ə endirən sarı-göylü komanda, gələn həftə liqadan düşəcəyi dəqiq olan "İstanbulspor"la qarşılaşacaq və "Qalatasaray"ın çempionluq uğrunda uduzmasını gözləyəcək. 

Aysun / Demedia.az