Taxıl sahəsində başı dəydi, 5 il sonra... - İNANILMAZ HADİSƏ



 19:00 20.05.2024     739

İnsan orqanizmində yaranan və təəccüb doğuran bir çox problemlərin şahidi olmuşuq. Lakin bunların arasında tibb tarixində nadir rast gəlinən biri də var.

Demedia.az xəbər verir ki, Hindistanın bir kəndində fermer olan Şyam Lal Yadav (74) başında yavaş-yavaş böyüyən çox kiçik bir qabarı görəndə çox narahat olub.

Bu çıxıntının tarlada işləyərkən başına dəydikdən sonra əmələ gəldiyini deyən şəxs sonradan başına nə gələcəyindən xəbərsiz olub. Bu qabar daha sürətlə böyüməyə başladı və hətta buynuz şəklini aldı. Əvvəlcə çox qəribə olduğunu desə də, sonradan bununla yaşamağa öyrəşib. İş o yerə çatdı ki, o, bərbərlə birlikdə buynuzunu kəsərək nəzarət altına aldıqlarını düşündü. Ancaq vəziyyət düşünüldüyü qədər sadə deyildi. Böyümə daha da artdıqda, Şyam Lal Yadav həkimə müraciət etdi, lakin problemin həllini tapa bilmədilər. Heç kim nə baş verdiyini başa düşə bilmədi.

Həkimlər əvvəlcə hansı müalicənin lazım olacağını müəyyən etmək üçün müayinələr apardılar. Sonra cərrahlar qoca fermerin 5 ildir başında gəzdirdiyi buynuzunu uğurla çıxarıblar.

Ancaq bu böyümənin təkrarlanmaması üçün kök səbəbini müalicə etməli olduqlarına diqqət çəkən cərrahlar deyib: “Şyam əməliyyatdan sonra sağalmaq üçün 10 gün xəstəxanada qaldı və biopsiya onun zərərsiz olduğunu təsdiqlədi. Belə bir artım çox nadir olduğu üçün biz də işin təfərrüatlarını International Journal of Surgery jurnalına göndərdik".

Aysun / Demedia.az