ABŞ: Biz Ukraynaya ehtiyacı olan dəstəyi göstərməyə davam edəcəyik



 10:28 21.05.2024     314

ABŞ-nin müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyini bəyan edib.

Demedia.az xəbər verir ki, Ostin, əksəriyyəti Avropadan olan 50-yə yaxın ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqələri Qrupunun 22-ci video konfransında çıxış edib.

"Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyik. ABŞ üzərinə düşəni etməkdə qərarlıdır" deyib.

Ukrayna Müdafiə Əlaqələri Qrupunun 2022-ci ilin fevralından bu yana Ukraynaya 95 milyard dollardan çox hərbi yardım göstərdiyini qeyd edən müdafiə naziri Ukraynanın təhlükəsizliyinin Avropa və qlobal təhlükəsizliyin, eləcə də ABŞ-ın təhlükəsizliyinin mərkəzində olduğunu iddia edib.

Ukraynaya verilən 95 milyard dollardan çox hərbi yardımın təxminən 50,6 milyard dollarını təkcə ABŞ öz üzərinə götürüb.

Bahadur Seyidov