ABŞ-dən ilk açıqlama: İran özü günahkardır



 23:22 20.05.2024     325

Birləşmiş Ştatlar Vaşinqtonun İrana ehtiyat hissələrinin tədarükü ilə bağlı sanksiyalarının Rəisinin helikopterinin sıradan çıxmasına səbəb ola biləcəyi ilə bağlı iddiaları rədd edir.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, 45 illik helikopterin pis hava şəraitində istifadə edilməsində İran hakimiyyətinin özləri günahkardır.

Qeyd edək ki, İranın keçmiş xarici işlər naziri  Cavad Zərif helikopter qəzasına görə ABŞ-ni  günahlandırıb, buna səbəb kimi  aviasiya hissələrinin satışına embarqo qoyan ABŞ-ni ittiham edib.

Xatırladaq ki,  mayın 19-da İran Prezidenti İbrahim Rəisi  və  hökumətin  digər yüksək vəzifəliləri helicopter qəzasında həlak olub.

Bahadur Seyidov