Şengen viza rüsumları artdı
Avropa İttifaqı Komissiyası Şengen viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırıb.
Demedia.az xəbər verir ki, Sloveniya Xarici İşlər Nazirliyi Avropa İttifaqı Komissiyasının Şengen viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırdığını açıqlayıb.
Yeni qiymətlər iyunun 11-dən qüvvəyə minəcək.
6-12 yaşlı uşaqlar üçün 40 avroluq viza rüsumu 45 avroya qədər artacağı halda, Aİ-də qeyri-müntəzəm qalan vətəndaşlarının readmissiyası ilə əməkdaşlıq etməyən ölkələrin vətəndaşları 135 və ya 180 avro viza rüsumu ödəyəcəklər.
Avropa İttifaqı Komissiyasından hələlik heç bir açıqlama yoxdur, lakin qərarın bu həftə sonu açıqlanması planlaşdırılır.
Qeyd edək ki, Şengen vizası rüsumları hər üç ildən bir artır. Əvvəllər 2020-ci ildə 60 avrodan 80 avroya qaldırılmışdı. Avropa Komissiyası fevralın 2-də müraciət haqlarının artırılacağını açıqlayıb.
Məlumata görə, 2023-cü il üçün viza müraciətləri 2022-ci illə müqayisədə 36 faiz artıb.
Bahadur Seyidov