Çin ABŞ-ın üç şirkətinə sanksiya tətbiq edib



 11:23 21.05.2024     290

Çin, suverenlik mübahisəsi olan Tayvana silah satışında vasitəçilik etdikləri səbəbiylə ABŞ-ın üç müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Çinin Ticarət Nazirliyinin açıqlamasına görə, “Boeing Defence”nin kosmik və təhlükəsizlik bölməsi ilə “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətləri “etibarsız qurumlar" siyahısına daxil edilib. Belə ki, sözügedən şirkətlərin Çinə daha çox sərmayə qoymasının qarşısı alınarkən, onların yüksək səviyyəli menecerlərinin Çinə girişi qadağan edilib.

Bildirilir ki, sanksiya qərarı Tayvanın yeni lideri Lai Çinq-tenin and içdiyi günə təsadüf edib.

Bahadur Seyidov