İsrail ordusu Livana hücum etdi



 11:42 21.05.2024     298

İsrail ordusunun Livanın cənubunda səyahət edən motosikletə həyata keçirdiyi hava hücumunda bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Demedia.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusu Sur şəhərinin Mənsuriyyə qəsəbəsində hərəkət edən motosikleti pilotsuz uçuş aparatı ilə hədəfə alıb.

Hücum nəticəsində motosiklet sürücüsünün öldüyü, bir nəfərin isə yaralandığı bildirilsə də, rəsmi qurumlardan hələlik açıqlama verilməyib.

Bahadur Seyidov