Nigeriya ordusu 10 il əvvəl girov götürülən 387 nəfəri xilas edib



 11:15 21.05.2024     385

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində terror təşkilatı “Boko Haram” tərəfindən 10 il əvvəl girov götürülən 387 nəfərin xilas edildiyini bildirib.

Demedia.az xəbər verir ki, komandan Haruna Diva ordunun “Boko Haram” terrorçularının gizləndiyi Sambisa meşəsində əməliyyat keçirdiyini bildirib.Diva qeyd edib ki, 10 ildir terrorçular tərəfindən nəzarətdə saxlanılan əksəriyyəti uşaq və qadınlardan ibarət 387 nəfər xilas edilib.

Nigeriya ordusunun ölkədə təhlükəsizliyi təmin etməkdə qərarlı olduğunu ifadə edən Diva, "Bizim səyimiz Sambisadakı terror qalıqlarını təmizləmək və istəyənlərə təslim olmaq fürsəti verməkdir. Bu əməliyyatla onların əksəriyyətinin təslim olacağını təxmin edirik" deyə bildirib.

Bahadur Seyidov