Avstraliyada məişət zorakılığı ilə bağlı 500-dən çox adam saxlanılıb



 12:18 21.05.2024     301

Avstraliyanın Yeni Cənubi Uels əyalətində məişət zorakılığı ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatda 500-dən çox adam saxlanılıb.

Demedia.az xəbər verir ki, “9 News” xəbər saytının məlumatına görə, Yeni Cənubi Uels polisi şiddətli hadisələrə qarşı "Amarok 6" əməliyyatı keçirib. Açıqlamaya görə, əməliyyat zamanı məişət zorakılığı ilə bağlı axtarışda olan 554 şübhəli saxlanılıb. Polis rəisi Yasmin Catley, 2023-cü ildə əyalətdə 150 ​​min məişət zorakılığı ilə bağlı müraciət aldığını bildirib.

Avstraliyanın baş naziri Entoni Albanese ölkə daxilində qadınlara qarşı zorakılığa qarşı etirazlardan sonra məişət zorakılığını “milli böhran” kimi qiymətləndirib.

Bahadur Seyidov