Çin kosmosa yüksək imkanlara malik yer müşahidə peyki göndərib



 12:28 21.05.2024     271

Çin kosmosa yüksək imkanlara malik yer müşahidə peyki göndərib.

Demedia.az xəbər verir ki, süni intellekt və ağıllı təsvir sistemləri ilə işləyə bilən peyk optik ayırdetmə və sürətli uzaqdan zondlama xüsusiyyətlərinə malikdir. Çinin Sinxua agentliyinin xəbərinə görə, peyk şəbəkəsi yaratması planlaşdırılan “Pekin 3C” peykləri “Long March 2D” raketi ilə Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən orbitə çıxarılıb.

Məlumata görə, bu buraxılış “Long Marc” raketləri ilə 523-cü uğurlu nəqliyyat missiyası idi.

Bahadur Seyidov