Rusiya Ukraynada yeni ərazilər ələ keçirib



 12:48 21.05.2024     348

Rusiya Müdafiə Nazirliyi Luqansk vilayətində Beloqorovka qəsəbəsinin tamamilə ələ keçirildiyini bildirib.

Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı məlumatlar yer alıb. Açıqlamada, “Cənub Hərbi Qrupunun birlikləri aktiv hərəkətlər nəticəsində Luqansk Xalq Respublikasının Beloqorovka (Biloqorivka) qəsəbəsini bütünlüklə azad edərək, sərfəli mövqelər əldə etdilər” , - deyə bildirilib.

Açıqlamada həmçinin Ukrayna ordusuna aid 45 pilotsuz uçuş aparatının vurulduğu barədə məlumat paylaşılıb.

Bahadur Seyidov