Amandır, porno izləməyin! - Dəhşətli səbəblər- Video
Bəzi yerlərdə pornoqrafiyaya aludə olmaq psixoloji xəstəlik kimi dəyərləndirilir. ABŞ-ın Yuta ştatında siyasətçilər pornoya baxmağı normal cəmiyyət üçün təhdid hesab edirlər.
Bu qədər araşdırmalardan sonra elm adamları etiraf ediblər ki, pornoqrafiyanın insan həyatına zərərləri barədə tam dəqiqliklə nəticə əldə etmək, fikir bildirmək mümkünsüzdür. Çünki, hər gün məktəbdə lövhənin qarşısına keçib uşağına dərs keçən müəllimin, yaxud iş yerində müdirinin, lap elə, illərlə tanıdığın əmioğlunun, qonşunun belə porno izləyicisi olub-olmadığını bilmək olmur. Buna baxmayaraq, pornoqrafiyanın insanlarda şiddətə meyl yaradıb-yaratmadığı ən önəmli araşdırma mövzusu olaraq qalır. 1960-cı illərin sonundan etibarən Danimarka, İsveç və Almaniyada pornoqrafiyaya baxmaq qadağası götürülür. 1970-ci illərdə Kopenhagen Universitetində kriminologiya professoru Berl Kutchinsky bir araşdırma başlayır. O, Danimarka, İsveç və Almaniyadakı cinsəl cinayətlərin hesabını aparır. Maraqlı nəticə əldə edir: pornoqrafiya yasağı qaldırılandan sonra bu ölkələrdə cinsəl cinayətlər mühüm dərəcədə azalır, cinsi şiddətə meyl göstərənlərin davranışları yumşalır.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında Androloq Azər Mirzəyev ilə olan müsahibəni təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az