AYAQDA QURULUQ varsa, nə etməli? - Video



 10:36 21.05.2024     571

Ayaqlarada əmələ gələn çatlar kökəlib-arıqlayan zaman, yeniyetməlik çağında sürətli inkişaf kimi səbəblərdən dolayı meydana gəlir. Ayaqlarının çatlamasının əsas səbəbi dərinin quru olub anidən sallanmasıdır. Bu çatlar isə dəridə yırtılma olaraq dilə gətirilir.

İlk çatlar meydana gəldiyi zaman dəri çəhrayı rəng alır. Müalicə edilməzsə, çatlaqlar sürətlə yayılır, bənövşəyi rəng alır. Bu zaman isə onların müalicəsi getdikcə çətinləşir. Ayaqlardakı çatlar təkcə rənginə görə deyil, dərinliyinə görə də dəyişir.Ayaq çatlarına ən çox hamiləlik dövründə təsadüf edilir. Artıq çəkilər, bəzi xəstəliklər dəriyə zərər verir.

Kimlərdə rast gəlinir?

Ayaqlardakı çatlaqlar çəkiyə və yaşa baxmır. Hər çəkidə və yaş qrupunda çatlaqlara rast gəlinə bilər. Ayaq çatlaqlarının ən önəmli səbəblərindən biri də dərinin aşırı dərəcədə quru olmasıdır. Adrenalin hormonunun ifraz olunması nəticəsində mənfi təsir göstərir və çatlar əmələ gəlir. Ayaq çatlarına yarandığı anda müdaxilə daha az risklidir. Çünki çəhrayı rənglə başlayan çatların yayılmasının, hətta azalmsını təmin edə bilərsiniz. Ancaq tamamilə ağ rəng almış çatlaqları yox etmək zaman və səbir tələb edir. Nə qədər erkən müalicə edilərsə, bir o qədər effektli olar.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında Dermatoloq Şövqü Salahov ilə olan müsahibəni təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az