13 dəqiqə alqışladılar - İlk açıq-saçıq səhnəsi 61 yaşında...
Hollivud ulduzu Demi Mur 61 yaşında karyerasının ilk "tamamilə çılpaq" səhnəsini çəkib.
Demedia.az xəbər verir ki, premyerası Kann Film Festivalında baş tutan və 13 dəqiqə boyunca sürəkli alqışlarla qarşılanan film haqqında danışan məşhur ad, yaşadığı təcrübəni "həssas bir təcrübə" olaraq xarakterizə edib.
1987-ci ildə həmkarı Brüs Uillislə ailə quran aktrisanın Rumer, Skaut və Tallula adlı üç qızı olub. Mur və Uillis 2000-ci ildə ayrılıblar.
2005-ci ildə özündən 15 yaş kiçik Eşton Katçerlə ailə quran məşhur ad 2013-cü ildə xəyanətə uğradığını iddia edərək ərindən boşanıb.
Gözəlliyi və fit bədəni ilə illərə meydan oxuyan Demi Mur yeni 'The Substance' filmində çılpaq səhnələri ilə gündəmə gəlib.
61 yaşında ilk dəfə tamamilə çılpaq şəkildə kamera qarşısına keçən Mur Variety-yə müsahibəsində Kann Film Festivalında premyerası olan və 13 dəqiqə ayaqda alqışlanan filmdəki səhnəsindən danışıb.
Məşhur ad filmin hekayəsini və ssenarisini nəzərə alaraq çılpaq səhnə çəkməyi lazım bildiyini söyləyib və belə davam edib:
"Filmin hekayəni izah etməsi üçün tələb olunan "zəiflik" səviyyəsi həqiqətən izah edildi. Bu çox həssas təcrübə idi. Bu, heyət arasında çox danışmağı tələb edən bir səhnə idi. Özümü çox təhlükəsiz hiss etdiyim gözəl bir tərəfdaşım var idi. Açığı, biz çox yaxın idik (çılpaq) və o anlarda müəyyən vəziyyətlərin nə qədər absurd olması barədə öz aramızda çoxlu zarafatlarımız da olurdu".
Aysun / Demedia.az